Goal of the Tournament

MÜKAFAT

«Goal of the tournament» — bu "Qazprom" PSC-nın futbolu və müasir incəsənəti, fiziki qavramanı və rəqəmsal reallığı özündə birləşdirən idman mükafatının tamamilə yeni ideyasıdır.

2021-ci ilin may ayında AVRO 2020 və AVRO 2024 çərçivəsində "QAZPROM" PSC-nin sponsorluğu haqqında məlumat verilmişdir. Əməkdaşlığın şərtlərinə UEFA AVRO 2020-nin ən yaxşı qolunun müəllifinə görə ilk dəfə olaraq NFT-qənimətin - bədii incəsənət əsərinin bərpa edilməyən rəqəmsal versiyası şəklində icra edilmiş mükafatın təqdim edilməsi də daxildir.

Mükafatın fiziki prototipi Rusiya rəssamı Pokras Lampas tərəfindən Sankt-Peterburqun fan-zonasında Konyuşennaya meydanında "Qazprom" PSC-nın stendində 432 futbol topundan yaradılmış kalliqrafiya naxışlı art-installyasiya kimi yaradılmışdır.

27 iyunda art-installyasiyanın fiziki obyekt kimi mövcudluğuna son qoyulmuşdur və rəssamın düşündüyü kimi NFT formatına keçmişdir. Qalibin adlı topundan başqa bütün futbol topları 2020 futbolu üzrə Avropa Çempionatının 11 ev sahibi olan şəhərlərində yayılmışdı.

Rəqəmsal mükafat UEFA AVRO 2020-nin ən yaxşı topunu vuran Çexiya milli yığmasının hücumçusu Patrik Şikə təqdim edilmişdir, UEFA mənzil-qərargahına isə mükafatın qoloqramı verilmişdir.

ART

Avropa çempionatı insanların idman ətrafında birləşməsinin əsas simvollarından biridir: ustalığın, birgə komanda işinin, bir-birinə dəstəyin və qələbə uğrunda gərgin mübarizənin zəfəri.

Çempionatın ən yaxşı qolun müəllifi üçün mükafat yaratmaq asan iş deyil, lakin maraqlı bir çağırışdır.

Fiziki mükafat, müasir rəssamlar üçün yeni imkanlar açan və texnologiyaların, mədəniyyətin və incəsənətin qırılmaz əlaqəsini vurğulayan qarşılıqlı əvəz olunmayan tokenə çevrilmişdi.

RƏSSAM

Rusiyalı rəssam Pokras Lampas (1991-ci il təvəllüdlü) müasir kalliqrafiyanın ən görkəmli nümayəndələrindən biridir. 2008-ci il də o, qraffiti ilə maraqlanmağa başladı və bir müddət sonra “kalliqraffiti” hərəkəti ilə ruhlanaraq strit-kalliqraffiyaya keçdi. Sonra o, özünün yaratdığı “kalliqrafuturizm” adlı istiqamətinin tanınması üzərində işləyən zaman “kalliqraffiti” stilinin rəsmi səfiri roluna dəvət edilmişdir. Həmçinin o, Comme Des Garçons, Lamborghini, YSL, FENDI, Adidas kimi məşhur və digər brendlərlə əməkdaşlıq edirdi.

2015-ci ildə Moskva şəhərində “Kransıy Oktyabr” fabrikasının damında Pokras dünyanın ən böyük kalliqrafiyasını hazırlamışdır. 2017-ci ildə Romadakı İtaliya sivilizasiyası sarayının (Palazzo della Civiltà Italiana) damında İtaliyanın ən böyük kalliqrafiyasının hazırlanması üçün FENDI şirkəti tərəfindən dəvət edilmişdir.

Son illərdə Pokras Lampas Rusiyada, Fransada, Almaniyada, İtaliyada, Portuqaliyada, Cənubi Koreyada, Çində, ABŞ-da və BƏƏ-də təşkil edilən sərgilərdə və art-layihələrdə iştirak etmişdir. Bütün düynada Opera Gallery Group qalereyalar şəbəkəsi tərəfindən təmsil olunur.

XƏBƏRLƏR